Sənət 12:41 21.05.2022

Pantomima Teatrı həftəsonu maraqlı tamaşalar göstərəcək

Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan tamaşalardan olan - "Underground” tamaşası nümayiş ediləcək.

Qaynarinfo xəbər verir ki, mayın 21-də göstəriləcək tamaşanın quruluşu ümumilikdə teatrın aktyorlarına məxsusdur.

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir. Bundan başqa, sənət ocağının səhnəsində mayın 22-də isə "Pantomima buketi” tamaşası göstəriləcək.