Ölkə 15:10 13.06.2022

"Pegasus” şirkətinin Bakı-Alanya reysləri niyə ləğv olunub?

"Pegasus” şirkətinin Bakı-Alanya reyslərinin ləğv olunması bir başa AZAL-la əlaqədardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert onu kifayət qədər rentabelli reys hesab etdiyini bildirib:

"Bu reys açılandan bu günə kimi təyyarələr boş olmayıb, həmişə dolu gedib, dolu gəlib. Azərbaycan vətəndaşları üçün qiymətlər daha ucuz və sərfəli idi. Yəqin ki, AZAl-ın hansısa bir müdaxiləsi var. Mən deyirəm ki, bu AZAL-ın hansısa bir formada müdaxiləsindən sonra mümkün olub. AZAL tək uçuşlara nəzarət eləmir. Yürüstü xidmətlər də AZAL-ın törəmə şirkətlərindəndir, onlar da biletləri bahalaşdırırlar. Nə qədər ki, belə inhisarçılıq mövqeyi var, başqa şirkətlərin bazara daxil olması və fəaliyyət göstərməsinə süni əngəllər var, o qədər də biletlərin qiyməti baha olacaq”.

Natiq Çəfərli deyir, uzun müddətdir ki, bu məsələ müzakirə olunsa da, problem hələ də öz həllini tapmayıb:

"Uçuşlarla bağlı məsələnin həlli AZAl-ın inhisarçılığına son qoymaqla və rəqabətli mühütin genişləndirilməsi ilə həll oluna bilər”.

Qeyd edək ki, Azərbaycanda turizm mövsümü başlayan kimi Türkiyənin "Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.

Bahar Rüstəmli