Siyasət 15:54 24.05.2022

“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qaynarinfo-nun xəbərinə görə, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".