Ölkə 15:33 05.07.2022

Prokuror Ülvi Əhmədov DSMF-ni məhkəməyə verdi (SƏBƏB)

Məşhur həbri prokuror, ədliyyə müşaviri Ülvi Əhmədov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib. 

Qaynarinfo-nun verdiyi məlumata görə, buna səbəb təqaüdlə bağlı fikir ayrılığıdır.

Ülvi Əhmədov uzun illər Hərbi Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb. O, hesab edir ki, Hərbi Prokurorluqda işlədiyi dövrə görə təqaüdü düzgün hesablanmayıb. 

Pensiya hüququn pozulmasını əsas gətirərək prokuror Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialını məhkəməyə verib. 

Qeyd edək ki, 2020-ci ilin yanvar yayında Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Əhmədov Ülvi Rövşən oğlu Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri vəzifəsindən azad edilib. O, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru (mülki) təyin edilib.

Əhməd