Dünya 10:31 21.09.2022

Putin: "Təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik, blef deyil"

"Ərazi bütövlüyümüzə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu blef deyil".

Qaynarinfo xəbər verir ki, bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.

"Qərb Rusiyanın parçalanmasını istəyir. Onların məqsədi bizi parçalamaq, məhv etrməkdir”, deyə Putin bildirib.