Dünya 14.05.2022

Putin Zelenski ilə görüşdən imtina etmir, lakin bununçün “sənəd” lazımdır - Peskov

Rusiya apriori Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin şəxsi görüşündən imtina etmir. Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib.

"Burada mövqe heç bir şəkildə dəyişməyib, siz Rusiya prezidentinin mövqeyini yaxşı bilirsiniz. Heç kim apriori belə bir görüşün mümkünlüyündən imtina etmir, lakin buna hazır olmaq lazımdır. Və bu görüşə hazırlıq yalnız müvafiq sənədin işlənib hazırlanmasında ifadə oluna bilər və göstərilməlidir ki, bu sənəd daha sonra ən yüksək səviyyədə yekunlaşdırılmalıdır”, - RİA Novosti Kreml nümayəndəsindən sitat gətirib.

Bundan əvvəl Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib: "Mən Putinlə danışmağa hazıram. Ancaq yalnız onunla. Heç bir vasitəçi olmadan. Və ultimatumların şərtləri ilə deyil, dialoq şərtləri ilə".

Bununla belə, Zelenskinin sözlərinə görə, Putinlə danışıqlar məsələsi hər gün daha da mürəkkəbləşir və Ukrayna cəmiyyətinin bu mövzuya münasibəti mənfi olmağa başlayır.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya prezidenti Vladimir Putin separatçı Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb və fevralın 24-də ruslara fövqəladə müraciət edərək Donbasda "xüsusi hərbi əməliyyat” elan edib. O, xüsusilə, "şəraitin Rusiyadan qətiyyətli addımlar tələb etdiyini" bəyan edərək, "Rusiyanın Ukraynada nüvə silahının görünməsinə icazə verməyəcəyini" vurğulayıb. Ukraynanın "demilitarizasiyası və denazifikasiyası” "Xüsusi əməliyyat”ın məqsədi adlandırılıb.

Rusiyanın hərəkətlərinə cavab olaraq Qərb ölkələri (ABŞ, Kanada, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya) Rusiya Federasiyasına qarşı maliyyə-iqtisadi xarakterli sanksiyalar da daxil olmaqla, rəsmi şəxslərə və iş adamlarına qarşı yeni, daha sərt sanksiyalar elan ediblər və etməkdə davam edirlər.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?