İdman 22:22 26.09.2022

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görüldü

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Maksim Medvedev "İdman ustası" fəxri adına layiq görülüb.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, 33 yaşlı müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, təcrübəli oyunçu 2006-cı ildən "Qarabağ"da çıxış edir.