İdman 16:54 16.08.2022

"Qarabağ"ın yarımmüdafiəçisi: "Rəqibin təhlükəli tərəflərini bilirik"

Qaynarinfo xəbər verir ki, bu sözləri  Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə qarşılaşacaq "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib. Yarımmüdafiəçi oyunöncəsi mətbuat konfransında bunları söyləyib:

"Hansı mərhələdə oynadığımızın fərqindəyik. Bizə xüsusi motivasiya lazımdır. Amma düşünürəm ki, mərhələnin mahiyyəti artıq bizə o motivasiyanı verib. Evdə oynayırıq. Üstünlüklərimiz çoxdur. Fikrimcə, evdə hər zaman 12 oyunçu ilə çıxış edirik. Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Ev üstünlüyünə malikik. Əlimizdən gələni edəcəyik ki, bu tur yaxşı nəticə qazanaq və tarixi nailiyyəti təkrarlayaq. Çətin rəqibə qarşı oynayacağıq. Ümumiyyətlə bu mərhələdə asan rəqib olmur. Pley-offa yüksəliblərsə, deməli, komandanın diqqəti cəlb edəcək nöqtələri var. Rəqibin təhlükəli tərəflərini bilirik və bunun üzərində çalışırıq. Əlimizdən gələni edəcəyik ki, Bakıda oynayan tərəf biz olaq".

Səbuhi Həsənov