İdman 09:41 07.10.2022

Qurban Qurbanovun Ramil Şeydayevin qoluna reaksiyası (VİDEO)

sı (VİDEO)"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma "köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.  

Oyunun ən yadda qalan qolu isə Ramil Şeydayeva məxsusdur. O əla zərbə ilə "Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Şeydayevin möhtəşəm qoluna qeyri-adi reaksiya verib. 

Sözügedən görüntüləri təqdim edirik: