İdman 14:23 26.08.2022

Rəşad Sadıqova xəbərdarlıq edildi, klubu cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki,  Misli Premyer Liqasının 2-ci və 3-cü turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul olunub. 

Misli Premyer Liqasının II turunun "Zirə” – "Sabah” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Misli Premyer Liqasının II turunun "Sumqayıt” – "Qarabağ” oyununda "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Misli Premyer Liqasının II turunun "Səbail” – "Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Misli Premyer Liqasının III turunun "Sabah” – "Neftçi” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Misli Premyer Liqasının III turunun "Sabah” – "Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Misli Premyer Liqasının III turunun "Zirə” – "Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Misli Premyer Liqasının III turunun "Zirə” – "Sumqayıt” oyununda "Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.

Misli Premyer Liqasının III turunun "Kəpəz” – "Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

Səbuhi Həsənov