Ekonomiks 17:33 09.05.2022

“Rus-Azeri Spirits"in yarım milyon borcu var - Məhkəməyə verildi

Qusarda yerləşən "Rus-Azeri Spirits" zavodunun dövlət büdcəsinə yarım milyon manatdan artıq borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildə koronavirus pandemiyasənın yaratdığı təhlükə ilə əlaqədar "Tibbi spirt 95 faiz” istehsal edən zavodun 14 saylı Ərazi Vergilər İdarəsinə 538 min 834 manat 19 qəpik borcu var.
 


Nizamnamə kapitalı 3 milyon 315 min 099 manat 90 qəpik olan "Rus-Azeri Spirits" MMC-nin qanuni təmsilçisi Anar Nizami oğlu Qocayevdir.
 


Artıq Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən bu və sair işlərlə bağlı "Rus-Azeri Spirits" MMC Gəncə Kommersiya Məhkəməsinə verilib. 

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayının 19-da "Carçıoğlu Group" MMC və Rusiya Federasiyası Tatarıstan Respublikasının "Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə "Rus-Azeri Spirits" zavodunun açılışı olub.

Əhməd