Dünya 15.05.2022

Rusiya ordusu bu istiqamətdə geri çəkilir

Rus ordusu İzyum istiqamətində geri çəkilməyə başladı. Podvysokoyedə olan rus hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Borovski kənd sovetinin məlumatında deyilir.

"Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, - deyə məlumatda deyilir.

Bildirilir ki, icmanın ərazisində rusların canlı qüvvəsi və texnikası daim dəyişir:

"Düşmənin hərəkəti Donbass istiqamətində baş verir, düşmən qüvvələrinin bir hissəsi daha sonra zədələnmiş texnika ilə Borovayadan keçərək Kupyansk istiqamətində qayıdır".

Qeyd olunur ki, Rusiya ordusunun və texnikasının bir hissəsi hələ də icma yaşayış məntəqələrində və yerli meşələrdə cəmləşməkdə davam edir.
 
Xəyal Abdullayev

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?