Dünya 14.05.2022

Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə başladı - DİN

Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumkrayna telemarafonunun efirində daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.

Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi", ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınmasıdır.

"Bir mühasirənin çox böyük olması planlaşdırılırdı, onlar onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə elə planlaşdırılıb ki, Kramatorsk və Slavyansk ilə birlikdə, indi isə son dərəcə kiçik bir mühasirə ilə qalıblar – əslində, Severodonetsk və Lisiçanskdır, lakin onlar da bunu edə bilməzlər”, - Andrusiv qeyd edib.

O, həmçinin qeyd edib ki, işğalçılar öz sərhədlərinin müdafiəsinə hazırlaşmağa başlayıblar.

"İndi - onlar dayandıqları yerləri müdafiə etməyə hazırlaşmağa başlayanda üçüncü mərhələ başlayıb. Bu, onların müharibəni çox uzun müddət davam etdirmək qərarına gəldiklərini göstərir... Onlar müharibənin səbəb olduğu böhranlara ümid edirlər. Qərbi onlarla danışıqlar masası arxasına oturtmağa və Qərbin bizi dəyiş-düyüşə getməyə cəhd etçəsinə bel bağlayırlar”, o bildirib.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?