Dünya 14.05.2022

Rusiyanın Ukrayna ilə həmsərhəd 500 yaşayış məntəqəsi işıqsız qaldı, insanlar xəsarət aldı (VİDEO)

Qasırğa səbəbindən ötən gecə Rusiyanın 500-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Qaynarinfo xəbər verir ki, TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi məlumata görə, güclü külək Rusiya Federasiyasının 5 regionunda elektrik xətlərinin qırılmasına səbəb olub. Onların arasında Bryansk, Kursk, Tver, Kaluqa və Oryol vilayətləri var.

15 mindən çox yaşayış binasının elektrik enerjisi kəsildiyi, yıxılan ağacların yüzə yaxın avtomobilin zədələndiyi məlum olub. Bryansk vilayətində biri uşaq olmaqla 3 nəfər yaralanıb.

Məlumata görə, hazırda Kaluqa və Tver vilayətlərində elektrik enerjisinin verilişi tam bərpa olunub, qalan rayonlarda işlər davam etdirilir.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?