İdman 20:14 04.09.2022

"Sabah" cari mövsümdə ilk dəfə xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, "Sabah" "Bank Respublika Arena"da "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Meydan sahibləri cari mövsümdə ilk dəfə xal itiriblər.

Bu nticədən sonra xallarını 13-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 5-ci xalını qazanan "Səbail" isə 6-cı sırada qalıb.

Qeyd edək ki, V turun əvvəlki 3 oyununda "Qarabağ" "Kəpəz"ə, "Turan Tovuz" "Şamaxı"ya 1:0, "Neftçi" isə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.Tura bu gün keçiriləcək "Zirə" – "Qəbələ" görüşü ilə yekun vurulacaq. 5-ci xalını qazanan "Səbail" isə 6-cı sırada qalıb.