Ölkə 18:23 06.12.2022

Sabiq bölmə rəisi DSX-nı məhkəməyə verdi

Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinin VİP xidməti bölməsinin sabiq rəisi Babək Orucov təmsil etdiyi qurumu məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, Babək Orucov birinci instansiya məhkəməsini uduzub. Onun apellyasiya şikayəti də təmin olunmayıb. Keçmiş bölmə rəisi Ali Məhkəməyə kassasiya şikayəti verib. 

İşə Ali Məhkəmənin hakimi Səyyad Kərimovun sədrliyi ilə baxılacaq. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisərlədən ibarətdir. 

Bəzi məlumatlara görə, Babək Orucov işdən çıxarılmasını qanunsuz hesab edir və bununla bağlı təzminat istəyir. 

Qeyd edək ki, Babək Orucov 2015-ci ildə DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə Qəbələ Hava Limanının rəisi vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP xidməti bölməsinin rəisi təyin olunmuşdu.

Əhməd