İdman 20:42 27.08.2022

"Səbail" - "Kəpəz" oyununda insident (VİDEO)

Azərbaycan Premyer Liqasında IV turun "Səbail" - "Kəpəz" oyununda qalmaqal baş verib.

"Report"un məlumatına görə, insident 71-ci dəqiqədə yaşanıb. Baş hakim Tural Qurbanov qonaq komandanın futbolçusu Rauf Əliyevi təhqirə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

O, dördüncü hakimin xəbərdarlığından sonra bu addımı atıb. Qərarla razılaşmayan 33 yaşlı hücumçu referi ilə mübahisə edib. Əliyev onu söydüyünü iddia edən dördüncü hakim Namiq Bəkirova kənardan eşitdiyi təhqirə cavab verdiyini bildirib. Lakin baş hakimin qərarı dəyişməyib.

Futbolçu meydançanı tam tərk etməyərək, kənarda oyuna baxmağa başlayıb. Referi onu oradan da uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda "Səbail" "Kəpəz"ə qalib gəlir - 3:1.