Dünya 13:26 08.08.2022

Senat 430 milyardlıq qanunu qəbul etdi, Respublikaçılar narazı qaldı

ABŞ Senatı iqlim dəyişikliyi ilə mübarizə, dərmanların qiymətlərinin aşağı salınması və bəzi korporativ vergilərin artırılması məqsədi daşıyan 430 milyard dollarlıq qanun layihəsini qəbul edib.

Qaynarifo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Bu qanun layihəsinin təsdiqi ABŞ prezidenti Co Bayden üçün böyük qələbə hesab olunur və Demokratlar belə bir hadisənin 2022-ci il seçkilərində Konqresə nəzarəti saxlamaq şanslarını artıracağına ümid edirlər.

"Reuters"in məlumatına görə, həftəsonu 27 saat davam edən iclasdan sonra Senat nəhayət mki, 51-50 faiz nisbəti ilə "Detease Action” (İnflasiya azaldırılma aktı) adlanan qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi 18 aydır hazırlanırdı və növbəti mərhələdə səsvermə üçün Nümayəndələr Palatasına göndəriləcək və yəqin ki, cümə günü ona baxılacaq.

Nümayəndələr Palatasının da qanun layihəsini təsdiqləməsi və daha sonra Co Baydenin imzalaması üçün Ağ Evə göndərməsi gözlənilir.

Bayden verdiyi açıqlamada qanun layihəsinin imzalanmasını səbirsizliklə gözlədiyini bildirib.

Demokratların fikrincə, qanunun məqsədi karbon emissiyalarını azaltmaq və istehlakçıları yaşıl enerjiyə keçməyə təşviq etməkdir. Eyni zamanda, yaşlılar üçün reseptlə satılan dərmanların qiymətinin aşağı salınması, korporasiyalar və varlılar üçün vergi tətbiqinin sərtləşdirilməsi təklif olunan qanun layihəsinin qəbulu əhəmiyyətli hadisədir.

Respublikaçılar isə belə bir qanunun tətbiqi üçün 430 milyard dollar xərclənməsini tənqid ediblər.

M.Arif