Dünya 14.05.2022

Türkiyədən Ukraynaya təklif: yüzlərlə yaralı müdafiəçi...

Türkiyə Mariupolda mühasirəyə alınmış Azovstal zavodundan yüzlərlə yaralı müdafiəçinin dənizdən təxliyyə edilməsini təklif edib. Rusiya buna razı olmasa da, belə bir plan "masa üzərində” hələ də qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Reuters-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, o, iki həftə əvvəl Kiyevdə prezident Volodimir Zelenski ilə oxşar təxliyə variantını müzakirə edib. Plana görə, təxliyyə edilənlər quru nəqliyyatla Berdyansk limanına aparılacaq, daha sonra isə onlar Qara dənizdən keçərək İstanbula aparacaq Türkiyə gəmisi tərəfindən götürüləcək.

"Əgər bunu bu şəkildə etmək olarsa, biz bunu məmnuniyyətlə edəcəyik. Biz hazırıq. Əslində gəmimiz gedib yaralı əsgərləri və digər mülki insanları Türkiyəyə çatdırmağa hazırdır”, - Kalın bildirib.

Ukrayna və Rusiya agentliyə dəniz yolu ilə təxliyənin mümkünlüyü ilə bağlı dərhal şərh verməyib. Ərdoğanın sözçüsünün sözlərinə görə, Moskvanın mövqeyi "hər gün dəyişir”.

Nizami Bağırov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?