Ekonomiks 14:50 05.07.2022

Ucarın bir hissəsində qaz olmayacaq

Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz” İB-dən Qaynarinfo-ya verilən məlumata görə, "Qaz İxrac” İdarəsinə məxsus "Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər başa çatanadək "Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

"Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq”, məlumatda qeyd edilib.