Dünya 11:05 07.08.2022

Üçüncü dünya müharibəsi başlıya bilər - Trampdan açıqlama

Hazırda ABŞ-ı idarə edən səriştəsiz insanlar dünyanı üçüncü dünya müharibəsinə apara bilər.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib.

"Bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsi başlıya bilər. Bu müharibə tarixin ən pisi olacaq, çünki bizim əvvəllər heç vaxt görülməmiş silahlarımız var” - deyə Tramp vurğulayıb.