Dünya 18:21 08.08.2022

Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanıldı

Ukraynanın müdafiə naziri Oliksiy Reznikova və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova sui-qəsd hazırlamaq istəyən şəxs saxlanılıb.

Qaynarinfo "RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ukrayna hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planlaşdıran Rusiya kəşfiyyatçılarından ibarət təxribat və müşahidə qrupu zərərsizləşdirilib. Onların hər birinin qətlinə görə rusiyalı kuratorlar 100-150 min ABŞ dolları məbləğində mükafat vəd ediblər.

Vurğulanıb ki, qrupun tapşırığı Reznikov və Budanovla yanaşı, tanınmış ukraynalı aktivistin qətlə yetirilməsi olub. 

Aydın