"İlanlı” adasında Ukrayna hərbçilərinin Ukrayna bayrağını qaldırdığını əks etdirən video yayımlanıb.
Qaynarinfo xəbər verir ki, video Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Facebook səhifəsində
yayımlanıb.
Odessa hərbi-mülki administrasiyasının sözçüsü Sergey Bratçuk öz Teleqramında qeyd edib ki, bayraqda "Rus hərbi gəmisi”, unutma, İlanlı adası Ukraynadır!”
Bayrağı Odessa HMA-nın rəhbəri Maksim Marçenko imzalayıb.
İyulun 4-də Cənubun əməliyyat komandanlığı İlanlı adasının azad edilməsi əməliyyatının başa çatdığını bildirib. Ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb.
Nizami Bağırov
Şərhlər