Dünya 12:03 18.09.2022

Ukrayna mövqelərini genişləndirir: Limandakı rus qoşunlarını mühasirəyə ala bilir - ISW

Ukrayna Silahlı Qüvvələri Oskol çayının şərqində və Severski Donets çayının şimalında mövqelərini genişləndirirlər. Ukrayna ordusu Liman ətrafında yerləşən rus qoşunlarını mühasirəyə ala bilər.

Qaynarinfo bu barədə Müharibə Tədqiqat İnstitutuna (ISW) istinadən xəbər verir.

"Ukraynanın Severski Donets çayının şimal sahili ilə şərqə daha da irəliləməsi Rusiyanın Liman ətrafındakı mövqeyini yararsız hala sala və Lisiçansk və nəhayət, Severodonetskə yol aça bilər”, deyə analitiklər qeyd edirlər.

ISW bildirir ki, Limandakı Rusiya qüvvələri hələ də əsasən BARS ehtiyat qüvvələri (Rusiya hərbi ordusunun ehtiyatı) və Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücum zamanı məğlub olmuş hissələrin qalıqlarından ibarətdir.

"Rusiyalılar deyəsən, oraya başqa yerdən əlavə qüvvələr göndərmirlər", deyə Müharibə Tədqiqat İnstitutu əlavə edib.

Nizami Bağırov