Dünya 08:42 13.09.2022

Ukrayna Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücumu zamanı Rusiya ordsunun yüksək rütbəli zabitləri əsir götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Welt” nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Rusiya hərbçiləri tanklarını, yük maşınlarını və tonlarla silahlarını qoyub qaçıblar. Əməliyyatlar nəticəsində minlərlə Rusiya ordusunun hərbçisi əsir götürülüb, onların arasında yüksək rütbəli zabitlər də var.