Dünya 13:22 27.09.2022

Ukrayna Xarkov vilayətinin daha bir kəndini azad etdi (FOTO/VİDEO)

"İşğalçılar və kollobarantlar Xarkov vilayətindəki Borovsk icmasını tərk etdilər. Bu arada Ukrayna Silahlı Qüvvələri Peski-Radkovski kəndinə nəzarəti ələ keçirsə də, hələ də orada təmizləmə əməliyyatları aparır”.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Borovski icmasının "Telegram" kanalına istinadən məlumat yayıb.

"Borovski icmasının sol sahil hissəsinin irqçi işğalçılardan azad edilməsi üçün mübarizə davam edir. Döyüş əməliyyatları gedir. Ukrayna Silahlı Qüvvələri düşməni sıxışdırıb çıxarır, lakin azad edilmiş ərazilər düşmənin atəşindən əziyyət çəkir. Partlayış səsləri  şimaldan, şərqdən və cənubdan da davamlı olaraq eşidilir. İşğalçı hakimiyyət icmanı tərk edib, demək olar ki, bütün kollobarantlar da qaçıblar”, - deyə məlumatda bildirilir.
 


Məlumdur ki, Oskolun sol sahilindəki Borovşina yaşayış məntəqələrinin azad edilməsi cənubdan başlayıb.

Xüsusilə, Peski-Radkovski kəndi (tammiqyaslı müharibədən əvvəl 2000-ə yaxın insanın yaşadığı icmanın ikinci ən böyük yaşayış məntəqəsi) artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir.

"Amma Ukrayna hərbçiləri hələ də orada rus hərbçilərinin qruplarını aşkarlayır, orada ruslardan, minalardan təmizləmə işləri aparırlar. Yerli sakinlər əsgərlərimizi qarşılamaqdan məmnundurlar", - məlumatda deyilir.

Bildirilir ki, yaşayış məntəqələri arasında küçə və yollarla hərəkət etmək hələ də təhlükəli olduğundan evdə qalan sakinlər zirzəmilərdə və sığınacaqlarda gizlənirlər. Elektrik, mobil rabitə və internet yoxdur.

Nizami Bağırov