Ölkə 11:47 05.07.2022

Ukraynada Rusiya raketi azərbaycanlı ailəni ölümünə səbəb oldu

Ukraynanın Donetsk vilayətinin Svyatoqorsk rayonu ərazisində azərbaycanlı ailə raket zərbələri nəticəsində evləri ilə birlikdə yanaraq külə dönüb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Ukrayna vətəndaşı olan Rzayev Eldar Hacı oğlunun evi Rusiya Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalıb.

Hadisə nəticəsində ev tamamilə yanıb, evdə olan azərbaycanlı həyat yoldaşı ilə birgə yanaraq həlak olub.