Ölkə 12:52 13.06.2022

Vaqif Əsədov: "Yenə də yaxşı işləyəcəksiniz, narahat olmayın"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.

Vaqif Əsədov Qaynarinfo-ya açıqlamasında təqaüdə göndərilməsi ilə bağlı ətrafı məlumat veriləcəyini bildirib.

"Mətbuatla çox yaxşı işləyirdiniz, getməyinizə üzüldük” deyəndə Vaqif müəllimin cavabı belə oldu: "Yenə də yaxşı işləyəcəksiniz, narahat olmayın”.

Qeyd edək ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.

Bahar Rüstəmli