Maqazin 10:40 30.09.2022

Vasif Məhərrəmli mərhum Rəhim Rəhimlinin göndərdiyi görüntünü paylaşdı: "Səbəb bu idi..." (VİDEO)

Əməkdar artist Vasif Məhərrəmli mərhum müğənni Rəhim Rəhimlinin son günlər əziyyət çəkdiyi xəstəliyi ilə bağlı video paylaşıb.

Qaynarinfo xəbər verir ki, görüntüdə sənətçinin ayaqlarının şişdiyi və bu səbəbdən yeriyə bilmədiyi aydın görünür.

Vasif Məhərrəmli bıldirib ki, bu videonu ona Rəhim Rəhimli sağlığında özü göndərib. Sənətçi onu tədbirə dəvət edib, amma Rəhim Rəhimli səhhətində yaranan problemlə əlaqədar məclisə gələ bilməyib. Vasif Məhərrəmli də bu səbəbdən ondan inciyib. Bundan xəbər tutan Rəhim isə "Vasif bunu çəkirəm, biləsən ki, gəlməməyimin səbəbi bu idi. Üzürlü say, görürsən ki, ayağım necə şişib”, – deyə bildirib.

Bahar Rüstəmli