Ölkə 13:23 06.06.2022

Vilayət Eyvazov "İnterpol"a yeni rəis müavini təyin etdi (ÖZƏL)

"İnterpol"un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifəyə polis polkovniki Muradəli Babayev təyin olunub. 

Qeyd edək ki, bundan əvvəl polis polkovniki Muradəli Babayev Bərdə Rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, "İnterpol"un Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Əhməd