Ölkə 18:51 19.07.2022

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr təyinatı olub.

APA-nın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Musayev Şahin Şakir oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Şahin Musayev həmin İdarənin rəis müavini təyin olunub.

Qeyd edək ki Şahin Musayev bir müddət əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsini də icra edib