Ölkə 13:35 27.09.2022

Vüqar Qurbanovdan yeni təyinat

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni baş həkim təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, baş həkim vəzifəsinə Gülzar Əliyeva təyinat alıb.

O, həmçinin institutun direktor müavini vəzifəsini də icra edəcək.