Sənət 14:38 23.06.2022

Xalq artisti: “Qadın yaxşı həyat yoldaşını el içində pərt eləməz”

"Qadın yaxşı həyat yoldaşını el içində pərt eləməz”.

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Mələkxanım Əyyubova Əməkdar artist Dilarə Əliyevanın təqdimatında yayımlanan "Söhbət var" verilişində kişi xəyanətini müzakirə edərkən deyib. Xanəndə bildirib ki, qadın ona xəyanət edən əri haqqında qərar verməmişdən öncə yaxşı düşünməlidir:
 
"Xanım bilir ki, onun həyat yoldaşı bu cür insan deyil, həmişə evinə-ailəsinə bağlı, yoldaşına sadiq insandır. Necə oldu ki, onu azdırdılar. Nə oldu? Onu müşahidə edib, arayıb-araşdırar və onu yenə çalışıb ailəsinin xətrinə qoruyar. Qabardıb ailəni gözdən salmaz”.

Bahar Rüstəmli