Ölkə 13.05.2022

Yanğınsöndürənlər bu dəfə Azərbaycan bayrağını “xilas etdi" (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri qeyri-adi və sakinlərin marağına səbəb olan "xilasetmə əməliyyatı” keçiriblər. 

Belə ki, Bakı küləyinin haradansa gətirib Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki beşmərtəbəli binanın dördüncü mərətəbəsinin fasadına yöndəmsiz formada "quraşdırdığı” dövlət bayrağının bu vəziyyətini qəbul edə bilməyən FHN yanğınsöndürənləri xüsusi texnikadan istifadə etməklə bayrağı götürərək dövlət rəmzimizi "xilas ediblər”. 

Xatırladaq ki, ötən il qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi zamanı azərbaycanlı yanğınsöndürənlər kəndlərin birində xilasetmə əməliyyatı həyata keçirərkən fərdi evdə qalmış bayrağın yana biləcəyindən ehtiyat edərək, Türkyə Cümhuriyyətinin dövlət bayrağını xilas etmişdi.
 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?