Ölkə 11:24 24.09.2022

Yazıçılar Birliyində yeni sədr? (İDDİA)

Azərbaycan Yazıçılar Birliyinə yeni sədr gətiriləcək.

Publika.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçiləcək.

Məlumata görə, oktyabrın altısında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı baş tutacaq. Mənbələrin bildirdiyinə görə, yeni sədr kimi Xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürüləcək.

Qeyd edək ki, AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayev 1987-ci ildən adıçəkilən qurumun sədri kimi fəaliyyət göstərir.