Dünya 17:28 09.12.2022

İranda 23 yaşlı gənc edam edildi, gərginlik artdı: Həbsdəki azərbaycanlı qızın vəziyyəti pisdir (FOTO)

İranda 23 yaşlı fəal Mohsen Şekarinin edam edilməsi ölkədə gərginliyi daha da artırıb. 

Qaynarinfo xəbər verir ki, Mohsen Şekarinin edam olunması barədə xəbər yayılandan sonra yüzlərlə gənc Tehran şəhərinin Səttarxan küçəsində aksiyaya çıxıb. 


Mohsen Şekari

Onların aksiya üçün Səttarxan küçəsinin seçmələri təsadüfi deyil. Mohsen Şekari məhz bu küçədə saxlanılıb. O, küçəni bağlayaraq təhülkəsizlik qüvvələrinə müqavimət göstərməyə çağırış etmək ittihamı sürülüb.

Bu arada məlum olub ki, Mohsen Şekari artıq dəfn olunub. Dəfn mərasimi təhlükəsizlik qüvvələrinin müşayiəti ilə həyata keçirilib. 


Cavid Rəhman

Mohsen Şekarinin edam olunması beynəlxalq aləmdə də rezonansa səbəb olub. BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman 23 yaşlı gəncin edamını "şok hadisə” kimi qiymətləndirib. Cavid Rəhma bildirib ki, Mohsen Şekarinin edamı xalq arasında qorxu və xof yaratmağa xidmət edir. Xüsusi məruzəçi əlavə edib ki, 23 yaşlı gəncin edamı İslan İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) işidir. 


Ququş

Hazırda ABŞ-da yaşayan məşhur iranlı müğənni Ququş da Mohsen Şekarinin edamına münasibət bildirib: "Mohsen Şekarini küçədə öldürə bilmədiklərinə görə həbsdə öldürdülər. Biz İranın genişliyi qədər bir yer olmalıyıq”.

Bu arada Kürdüstan İnsan Haqları Şəbəkəsi məlumat yayıb ki, dekabrın 8-də Dehqolan şəhərində keçirilən etiraz aksiyalarına qatılan 22 yaşlı Şadman Əhmədi həbs olunduqdan sonra işgəncəyə məruz qalaraq dünyasını dəyişib. 


Şadman Əhmədi 

Onun Dehqolan şəhər polisində işgəncəyə məruz qaldığı bildirilir. Şadman Əhmədinin ailə üzvləri də onun məhz polis bölməsində işgəncə nəticəsində öldüyünü bildirir. 

Kürdüstan əyaləti və İranda kürdlərin kompakt yaşadığı şəhərlərdə baş verən hadisələr barədə xəbərlər yayan SEPAH-a yaxın "Telegram” kanalı da Şadman Əhmədinin "problem yaradan” şəxs kimi xarakterizə edərək onun guya ictimai əmlaka zərər verdiyini, təxribat törətdiyini iddia edib. SEPAH-a yaxın "Telegram” kanalının Şadman Əhmədi barəsində bu tip xəbərlər yayması onun hökumət qüvvləri tərəfindən öldürülməsinə şübhələri bir qədər də artırıb. 


Leyla Hüseynzadə

İranla bağlı gələn xəbərlərdən aydın olur ki, aksiyalarda həbs olunan fəallara qarşı amansız davranış sərgilənir. Həbsxanalarda onların elementar hüquqlarına belə, məhəl qoyulmur. Məsələn, Şirazın Adelabad həbsxanasında saxlanılan Leyla Hüseynzadə adlı tələbənin səhhətində problem yaranasa da, onun həkim müayinəsindən keçməsi təmin olunmur. Rəsmi məlumatlarda Leyla Hüseynzadənin müalicədən imtina etdiyi bildirilsə də, tələbə həbsxanadan göndərdiyi səsyazısında bu iddianı təkzib edib. O qeyd edib ki, yalnız bir dəfə həkim müayinəsindən keçib. Bundan sonra dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb. Tələbə həmçinin orqanizmində yeni və daha ciddi xəstəliyin əlamətlərinin ortaya çıxdığını bildirib. 

Seyid